İctimai Nəzarət Qrupları: vətənpərvərlik aksiyası

“Can Vətən, can Qarabağ, can əsgər!” 
 Bakıda vətənpərvərlik aksiyamıza genişləndirilir.
 YYSİB və VCA tərəfindən Qarabağ, Ağdam, Füzuli, Lənkəran, Masallı və Cəlilabaddan başlanan “Hər şey Vətən üçün” kampaniyası Bakıda davam etdirilir.
Əvvəlcədən xəbərdarlıq edilməklə sıralarında 50 təsisatı birləşdirən Vətəndaş Cəmiyyəti Alyansı – Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi iləŞəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin rəhbərləri  ötən həftə Azərbaycanın qəhrəman hərbiçiləri ilə görüşü baş tutdu.Rəsmi icazə alaraq, Müdafiə Nazirliyinin aidiyyəti təchizatçı qurumuna sovqatlarla baş çəkən ictimai liderlər oradakı hərbiçilərlə səmimi görüşmüş, ürək sözlərini əsgər və zabitlərimizə çatdırıblar. Milli Ordu əsgər və zabitləri üçün kitab sovqatı aparan, sıralarında 51 təsisatın birləşdiyi Vətəndaş Cəmiyyəti Alyansı və Yeni Yazarlar Və Sənətçilər İctimai Birliyi, Şəhid Ailələrinə Sosial Dəstək İB, Qayğı və Himayə Xeyriyyə Fondu, “Telli Sənəm” jurnalı kimi qurumların rəhbərləri, eləcə də yenimedia.net və yenimediatv.az portallarının əməkdaşları aksiyada fəallıq göstəriblər.Təşəbbüsçü kimi çıxış etmiş VCA və YYSİB sədri Aydın Xan Əbilov İctimai Nəzarət Qrupu və onun aksiyaları haqqında məlumatlar verib, bukletlər paylanılıb.
YYSİB və VCA yerli bölmələri bu  tədbirlərdə xüsusi fəallıq göstərir, hərbi-vətənpərvərlik aksiyamızı genişləndirirlər.
Azərbaycan Gənclər Fonduilə Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasının birgə layihəsi kimi həyata keçirilən İctimai Nəzarət Qruplarının fəaliyyəti bölgələrdə də genişləndirilir.
İki istiqamətdə fəaliyyət aparılır:1. Koronavirusla mübarizə tədbirləri ilə bağlı maarifləndirmə aksiyası;2. Ali Baş Komandan, Milli Ordu və Qarabağda torpaqlarımızı düşməndən təmuzləyən hərbiçilərimizə dəstək məqsədi ilə vətənpərvərlik kampaniyası.
Bu tədbir VCA və YYSİB – YeniMediaTV.az sosial TV və Yenimedia.net portalının texniki-yaradıcı dəstəyi ilə baş tutub.Layihənin YYSİB tərəfindən iştirakçısı  Vətəndaş Cəmiyyəti Alyansının TK-nin rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilovdur.
Müəyyən səbəblərə görə şəkil çəkdirmək qadağan olunduğuna görə bəzi fotoları təqdim edirik.
VCA Mətbuat Xidməti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir