VCA-nın ölkə və beynəlxalq ictimaiyyətə Müraciət
Erməni işğalçılarının Azərbaycanın Dağlıq Qarabağda 27 sentyabr təxribatı və Milli Ordunun cəbhə boyu əks-hücuma keçməsi ilə əlaqədar sıralarında 51 təsisatı birləşdirən Vətəndaş Cəmiyyəti Alyansının bəyanatı.
Sentyabrın 27-si səhər saatlarında işğalçı erməni hərbi dəstələrinin növbəti dəfə qanlı təxribata əl ataraq cəbhə boyu yerləşən mülki məntəqələrimizi, dinc insanlarımızı atəş hədəfinə alması bütün xalqımız kimi sıralarında 50 təsisatı birləşdirən Vətəndaş Cəmiyyəti Alyansında birləşən ictimai qurumların lider və üzvlərini də dərindən hiddətləndirdi.
Hər dəfə olduğu kimi erməni faşizminin bu yeni vəhşiliyi nəticəsində Dağlıq Qarabağdakı ön cəbhə xəttindən xeyli aralıda yerləşən yaşayış məskənlərimiz atəşə məruz qalır. Nəticədə mülki şəxslər, o cümlədən bir aiənin 5 üzvü və ikisi yeniyetmə olmaqla, neçə-neçə günahsız azərbaycanlı həlak olur və yaralanır, mülki məntəqələrdə ciddi dağıntılar törədilir.
Vətəndaş Cəmiyyəti Alyansı olaraq bəyan edirik ki, belə qatı bəşəri cinayətləri törədən işğalçı Ermənistan rəhbərliyini və onun qondarma rejim yaratdığı Dağlıq Qarabağdakı cinayətkar əlaltılarını lənətləyir, beynəlxalq ictimaiyyəti, xüsusən, bütün dünyadakı həmkarlarımızı, sülhsevər, ədalətpərvər ictimai aktivistləri Azərbaycanın haqq işinə fəal dəstək verməyə səsləyir!
VCA-nın çoxminli aolə üzvləri adından bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin başçılığı altında şanlı ordumuzun düşmənin təxribatını dayandırmaq, torpaqlarımızın azad etmək naminə bütün cəbhə boyu əks-hücuma keçməsini böyük ruh yüksəkliyilə qarşılayırıq. Bu böyük qalibiyyətin davamiyyəti üçün ictimai əsgərlər olaraq dövlət başçımızın əmrinə müntəzir olduğumuzu bəyan edirik.
Ali Baş Komandanın hərdəfəki qətiyyətli addımları ordumuza düşmən üzərinə əks-hücum əmri verməsi, bununla əlaqədar xalqımıza müraciət etməsi dünyanın 55 milyonluq azərbaycanlılarının hər birində qələbə əhval-ruhiyyəsi yaratdı. İki gün ərzində bir sıra yaşayış məntəqələrimizi, strateji mövqeləri azad edən Azərbaycan Ordusunun bu uğurları vətəndəki və bütün dünyadakı soydaşlarımızı, xalqımızın səmimi dostlarını sevindirdi və hər birimizdə daha böyük zəfərlərə inam hissi oyatdı.
Vətəndaş Cəmiyyəti Alyansı ailəsi olaraq, bu taleyüklü günlərdə dövlətimiz, xalqımız və ordumuzla həmrəy olduğumuzu bəyan edir, qəhrəman Azərbaycan Ordusuna yeni qələbələr arzulayırıq! Dövlətimizin rəhbərliyini və xalqımızı əmin edirik ki, sıralarında 51 təsisatı birləşdirən Vətəndaş Cəmiyyəti Alyansı bu haqq savaşımızın tezliklə və qəti qələbə ilə başa çatması üçün üzərinə düşən hər bir işi əzmlə yerinə yetirməyə, bu yolda hər cür fədakarlığa hazırdır.
Azərbaycan Respublikasının bütün vətəndaşlarımızı, o cümlədən də cəbhəyanı rayonlarda yaşayan əhalimizi daha diqqətli olmağa və rəsmi məlumatlardan başqa heç bir xəbər və şayiələrə inanmamağa səsləyirik. Bu bəyanatı imzalayaraq, VCA üzvləri olaraq Ali Baş Komandan əmr edəcəyi təqdridə hamımız ön cəbhəyə getməyə, topaqlarımızın işğaldan azad olunması uğrunda vuruşmağa hazırıq.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin BMT tribunasında səsləndirdiyi fikirləri ölkə və beynəlxalq ictimaiyyətə xalqımızın şüarı kimi ünvanlayırıq: “Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
50 vətəndaş cəmiyyəti adından:
- Vətəndaş Cəmiyyəti Alyansı
2) Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi (Aydın Xan Əbilov)
3) Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyi (Almaz Zeynalova)
4) Yenimedia.net – Analitik Sosial Media Portalı (Pənah Ağakərimli).
5) Kitabxana.net – Milli Virtual-Elektron Kitabxana resursu və portal (Ramal Əliyev)
6) “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi (Cəmilə İsbəndiyarova).
7) Kreativ Ədəbiyyatçılar Klubu (Qəni Camalzadə)
8) “Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi” İctimai Birliyi – Bərdə (Aydın Zeynalov)
9) Azərbaycan İdman Jurnalistləri Assosiyasiyası (Eldar İsmayılov)
10) “Qayğı və Himayə” Xeyriyyə Fondu (Gülayə Rzayeva)
11) Telekanalların Analiz Qrupu (Bahadır Əliyev)
12) Qarabağ Araşdırmalar Mərkəzi (Oqtay Ərgünəş).
13) Azərbaycan – İraq Dostluq Cəmiyyəti (Tahirə Məmmədova)
14) “Kreativ Gənclər” Xaricdə Təhsil Alan Azərbaycanlı Tələbələrə Yardım İctimai Birliyi (Fərhad Allahverdizadə).
15) www.facebook.com/groups/kitabxana – Feysbuk resursu (Mirzə İskəndərov)
16) Anti-korrupsiya və Beynəlxalq Terrora Qarşı Strateji Araşdırmalar Mərkəzi (Rövşən Novruzoğlu)
17) Hüquqşünas Yazarlar Mərkəzi İB (Şəmsiyyə Bəylər)
18) “Mir Cəlal” Bütöv Vətənçilər Hərəkatı (Aydın Xan Əbilov)
19) Yeni Media TV (İman İmanlı)
20) “Milli Zəka” jurnalı (Cəmilə Çiçək)
21) “Zəka işığında” saytı – www.zekaishiginda.az (Cəmilə Çiçək)
22) “Kimlik” jurnalı (Gülayə Könül)
23) www.firuza.net ədəbi saytı (Hidayət Əbilli)
24) Azərbaycan Kreativ-Geosiyasi İnnovasiyalar Mərkəzi (Məhəmməd Məmmədov)
25) “Mars” jurnalı (Ağacəfər Həsənli)
26) “Yurd” Jurnalı (Balayar Sadiq)
27) Nəsimi Ədəbi Məclisi (Balayar Sadiq)
28) “Ədəbi Körpü” – İnternet dərgisi (Səxavət İzzəti)
29) “Ərgünəş” Nəşriyyat-Poliqrafiya Birliyi (Oqtay Əliyev)
30) Regionaz İnternet TV (Murad Hüseynov)
31) Elmler.kitabxana.net (Nicat Rzayev)
32) Turanxeber.az informasiya portal (Güllər Bəhramova)
33) Tarixçi Ekspertlər Qrupu (Leyla Məcidova)
34) Masallı – Ərkivan İctimai Fəallar Qurupu (Afər Cahangirov)
35) Pedoqoji Mütəxəsislər Klubu (Tükəzban Cahangirova)
36) Poetik Xanımlar Məclisi (Tubu İmanova)
37) Kreativ Animatorlar qrupu (Seyid Mircamal )
38) “Fateh” Feysbuk qrupu (Nurlan Quliyeva)
39) “Milli Toy Dəyərləri” Mədəni Hərəkat (Xatirə Xatun)
40) Yeyinti və Qida Məhsullarına Peşəkar Nəzarət (Rəşad Babazadə)
41) Neftçala İctimai Aktivistlər Qrupu (Hacı Savalan)
42) Gənc Fotoqrafçılar Qrupu (Rüstəm İsmayılov)
43) Ağdam İctimai Fəallar Qrupu (İnşallah Qarayev)
44) “Lerik” Uzunömürlülər Diyarı Qrupu (Ulvi İlqar)
45) Lənkəran İctimai Aktivistlər Qrupu (Nizami Şıxcanov)
46) Çağdaş Musiqiçilər Klubu (Əli Əliyev – Əzizoğlu)
47) YYSQ.kitabxana.net (Nihad Əbilli)
48) Kreativ Yaradıcı Gənclər Klubu (Nicat Əliyev)
49) “Telli Sənəm” ədəbi-bədii, publisitik jurnal (Telli Sənəm)
50) Gənclərə Psixoloji Dayaq və Xidmət Mərkəzi (Elşad Can Şamil). Vətəndaş Cəmiyyəti Alyansı, Bakı, 29.09.2020

