Türkiyədə hər yerdə maska taxmaq məcburi oldu
Səhiyyə Nazirliyinin Koronavirus Elmi Komitəsinin tövsiyəsinə və Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatlarına uyğun olaraq, Daxili İşlər Nazirliyi 81 vilayət rəhbərliyinə “COVID- 19 Tədbirləri” mövzusunda təlimat göndərib.
Daxili həcminə görə fiziki məsafə qaydalarının tətbiq oluna bilmədiyi, şəhər içi nəqliyyat vasitələrində, məsələn mikroavtobuslarda sərnişinlərin ayaqüstə daşınmasına icazə verilməyəcək.
Restoran, kafe, otel və s. ictimai iaşə obyektlərində gecə saat 12-dən sonra heç bir halda musiqi səsləndirilməsinə icazə verilməyəcək.
Həmçinin təlimatda bölgə rəhbərliklərinin koronavirusla mübarizə çərçivəsində görülən tədbirlərə əməl etməyən hüquqi şəxslərə (müəssisələrə və s.) tətbiq olunan inzibati cərimələrin toplanmasında lazımi həssaslığı göstərəcəyi bildirilib.

