32 təsisatın birləşdiyi VCA – 1
Fərqli hədəflər – kreativ yanaşmalara – innovativ formatlarda – kultural sitem!
5 gün ərzində karantinə qərq olmuş cəmiyyətimizi nisbətən ayıldan VCA – Vətəndaş Cəmiyyəti Alyansına KİV və yeni media tərəfindən maraq durmadan artır!
VCA TK rəhbəri, YYSİB sədri, www.yenimedia.net ictimai portal/Sosial TV həmtəsisçisi Aydın Xan Əbilov jurnalistlərə beş istiqamətdə başladıqları fəaliyyətlər barədə geniş məlumatlar verib.
- Dövlətin ictimai əsgərləri kimi Vətəndaş Cəmiyyətinin yeni mərhələsini inkişaf etdirmək, fərqli demokratik-dövlətçilik, ictimai-sosial, kultural-elmi sistem yaratmaq;
- Rəsmi qeydiyyatdan keçmiş QHT-lər ilə qeyri-formal qruplar və qeydiyyata alınmayan ictimai birliklərin, eləcə də KİV-yeni media-İnternet saytları-elektron informasiya mühitləri-sosial şəbəkə resursları-bloqqlar-youtube-feysbuk-tvviter-tiktok-instaqram kontent məkanlarının və qeyri-formal – alternativ gənclər qruplarının koalisiyası şəklində birləşərək cəmiyyət üçün faydalılıq əmsalının artırılması;
- İctimai-sosial könüllülük fəlsəfəsinin inkişaf etdirilməsi ilə yanaşı, ölkəmizi ekohcənnətə çevirmək üçün yeni yaşıl hərəkatları yaratmaq;
- İctimai-sosial məlumatlandırma xidməti – İctimai-sosial detektiv texnologiyalarının yaradılması və tətbiqi;
- Görkəmli düşüncə adami Mir Cəlalın Yeni Vətənçilik ideyalogiyası – Virtual Bütöv Azərbaycan məfkürəsi ətrafında Dünyada yaşayan soydaşlarımızın birləşdirilməsi, yeni diaspor quruculuğu!
Yaxın zamanlarda bununla əlaqədar daha geniş açıqlamaları veriləcək!

