İdman sahəsində yenilik – Kiber idman qazandırır

Gaming League Azerbaijan (GLA) “PUBG Mobile Azərbaycan Birinciliyi” uğrunda turnir elan edir.

Sentyabrın 1-dən 21-dək “PUBG Mobile Birinciliyi” uğrunda Azərbaycanın ən böyük onlayn çempionatı start götürəcək. Turnirdə ölkəmizin müxtəlif bölgələrini əks etdirən “Qarabağ atları”, “Naxçıvan Əlincə qalası”, “İçəri şəhər ağ şalvarlıları” və “Gəncə aşıqları” kimi 512 komanda mübarizə aparacaq. Hər komanda 2 oyunçudan ibarət olacaq.

Yarışın qaydalarına gəlincə isə, iştirakçılar hər birində 32 komandanın yer aldığı 16 qrupa bölünüb. Bütün komandalar öz qruplarında 3 müxtəlif xəritədə güclərini sınayacaqlar. 18 gün davam edən qarşıdurmadan sonra hər qrupda ilk 2 yeri tutan cütlük böyük finala vəsiqə qazanacaq. Sentyabrın 21-də baş tutacaq final mübarizəsində ilk 5 yeri tutan komandaların üzvlərinə “MyShops.az” tərəfindən müxtəlif telefonlar hədiyyə ediləcək.   

Son illərdə bütün dünyada məşhurlaşan PUBG Mobile (PlayerUnknown’s Battlegrounds) 2017-ci ildə oyunçulara təqdim edilən kiber idman qoludur. PUBG, istifadəyə verildiyi ilk dövrlərdə sadəcə kompüter oyunu olsa da, zamanla mobil telefon və planşetlərdə də oynanılmağa başlanıb. Oyunda əsas məqsəd sağ qalmaq və rəqib iştirakçıları zərərsizləşdirərək qalib gəlməkdir. İstər fərd, istərsə də komanda ilə oynanıla bilən bu oyun, ölkəmizdə yeniyetmələr və gənclər arasında çox məşhurdur. Oyunun faydaları arasında əsas yeri isə hərbi hazırlıq tutur. Belə ki, xəritə oxumaq bacarığı, döyüş taktikaları və strategiyaları qurmağı, eləcə də komanda şəklində rəqibə qalib gəlməyi öyrənən gənclər, gələcəyin ən yaxşı hərbi mütəxəssislərinə çevrilə bilərlər. Sürətli düşünmək və qərar vermək, doğru addım ataraq sağ qalmaq və rəqibi məhv etmək bacarıqları  gənclərdə qısa zamanda doğru qərarı alma xüsusiyyəti yaradır. 

Gaming League Azerbaijan (GLA) –nın təşkilatçılığı ilə keçirilən turnirin tərəfdaşları Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Kiber İdman Federasiyası və “MyShops.az” onlayn alış-veriş saytıdır. 

2019-cu ilə qədər olan statistikalara görə 400 milyondan artıq insanın marağını qazanan kiber idman sahəsi bu gün də öz populyarlığı artırmağa davam edir. Kiber idman oyunları test oyun olaraq 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarına daxil edilmişdir. Azərbaycanda isə 2019-cu ildə yaranmış, kiber idman turnirləri həyata keçirən Gaming League Azerbaijan (GLA) bugünədək 10-dan (14) çox kiber idman çempionatı həyata keçirmişdir. Kiber idman mədəniyyətini inkişaf etdirmək məqsədi ilə yaradılan bu şirkətin prioritet məqsədləri arasında Azərbaycanda beynəlxalq səviyyəyə qədər kiber idman üzrə oyunların inkişaf edilməsi və Azərbaycanda həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün bütün lazımi şəraitin yaradılması daxildir. 

PUBG Mobile həvəskarlarını bu turniri yaxından izləməyi tövsiyyə edirik. Bu çempionat çox maraqlı və çox fərqli olacaq. 

Neftçilər prospekti, 24

AZ1000, Bakı, Azərbaijan

Youtube: / GLA Hub

IG: / glahub

FB: /glahub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir